Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsində San Marino üzərində qələbə qazandığımız oyundan sonra (5:1) jurnalistlərin suallarını cavablandırıb.

Unikal.org bu sual-cavabı təqdim edir:

- Böyükhesablı qələbə qazandınız. Oyun haqda nə deyə bilərsiniz?

- Oyuna yaxşı hazırlaşmışdıq. İstəyirdik ki, qələbə qazanaq və iki gün bundan əvvəlki məğlubiyyəti özümüz üçün az da olsa, unutduraq. Fikirləşirəm ki, uşaqlar yaxşı futbol nümayiş etdirdilər. Yaxşı, düşünülmüş hücumlarımız oldu. Minimal hesablı qələbə də qazanmaq olardı. Amma həqiqətən də uşaqlar yaxşı futbol oynadılar, rəqibə oynamaq üçün imkan vermədik. Komandanı təbrik edirəm.

- Bugünkü oyununuzda fərqlilik var idi. Sanki əlavə nəsə göstərmək istəyirdiniz.

- Həyatım boyu kiməsə nəyisə sübut etməyə çalışmamışam. Sadəcə, oyundan öncə çox gərgin idim. Norveçlə oyunda öz qapımızdan keçirdiyimiz qola görə özümü narahat hiss edirdim. Amma həqiqətən də millinin oyunlarına optimal vəziyyətdə çıxmamışam. Çox uzun danışmaq istəmirəm. Lakin analiz etsək, görərik ki, Norveçlə oyuna zədəli vəziyyətdə hazırlaşmışdım. Həqiqətən də həmin oyunda pis oynamamışdım. Sadəcə, oyunun sonunda istəmədiyimiz halla üzləşdim. Gərgin idim və San Marino ilə oyunu səbrsizliklə gözləyirdim.

- 7 il sonra milli komandanın heyətində qol vurdun. Darıxmamışdın?

- Bu, mənim qrup mərhələsindəki ilk qolumdur. İlk dəfə idi ki, texnika ilə cərimə zərbəsi yerinə yetirirdim, çünki hər zaman qüvvətli zərbələrə üstünlük vermişəm. Uşaqlar da vurmaq istəyirdi, amma dedim ki, icazə verin mən vurum.

- Tribunadan sənə dəstək verənlər çox idi. Bu sevgini özünüz hiss etdinizmi?

- Məni futbolçu edən azarkeşlər olub. Onların sevgisi mənim üçün hər şeydən üstündür və onu itirmək çox ağırdır. Ona görə də onların dəstəyini hiss etmək çox sevindirici idi. Azarkeşlərin "Rəşad, Rəşad səsləməsi mənim üçün mükafatdan artıqdır.

- İddialara görə, "Neftçinin və 21 yaşlılardan ibarət milli komandamızın baş məşqçisi postuna ən real namizədlərdən birisiniz. Bu məsələyə münasibətiniz necədir?

- Hazırda "Qarabağın futbolçusuyam və bu barədə danışmaq düzgün olmaz.

- Mövsümün sonuna qədər "Qarabağda qalacaqsız?

- Belə deyək, hazırda bütün diqqətimi oyunuma yönəltmişəm. Kayeramı bitirmək barədə düşünürəm. Amma nəyin necə olacağını bilmirəm. "Qarabağla ilin sonuna qədər müqaviləm var və mənim klubdakı gələcəyimlə bağlı onlar qərar verəcəklər. Çempionlar Liqasının qrup mərhələsi başa çatandan sonra qərarımı açıqlayacağam.

- "Qarabağ"ın yeni transferləri - Tarik Elyunussi, Pedro Enrike və Ramil Şeydayev haqda nə deyə bilərsiz?

- Təcrübəli futbolçulardır, elə oyunçulara ehtiyacımız var idi. Bir qədər kreativ futbolçulardır və bilirsiniz ki, "Qarabağ"da daima elə futbolçular olub. Ümidvaram ki, komandamıza xeyir verə biləcəklər.

- Millidə son oyunlarınızı keçirdiyinizi düşünmək olar?

- Demək olar ki