Bu gün Bakı şəhərinin Hövsan qəsəbəsində insan meyiti tapılıb.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, qəsəbə ərazisindən keçən kanaldan bədəninin bir çox əzaları kəsilmiş meyit tapılıb. Hadisə yerinə əməliyyat qrupu və hüquq-mühafizə orqanlarının digər nümayəndələri cəlb edilib. Öldürülən şəxsin kimliyi və əsas əlamətləri hələlik məlum deyil.

Araşdırma aparılır.