Bakıda iki qardaşı bıçaqlayan şəxs tutulub.

Unikal.org Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 3-də Binəqədi qəsəbəsi ərazisindən qəsəbə sakinləri Ələkbər Quliyev və qardaşı Ziyad kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətiriliblər.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən qonşuları, əvvəllər məhkum olunmuş Cəngi Meybullayev tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.