UEFA Gənclər Liqasında çıxış edəcək "Qarabağın U-19 komandası yeni transfer edib. 

Unikal.org xəbər verir ki, komandanın baş məşqçisi Rəşad Sadıqov Makedoniyanın "Rabotniçki klubunda çıxış edən Boyan Miovskini heyətə qatıb.

Onunla rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu "Qarabağ" U-19 bu mövsüm UEFA Gənclər Liqasında yarışacaq. Əsas komanda kimi, gənclərin də rəqibi "Çelsi" (İngiltərə), "Atletiko" (İspaniya) və "Roma" (İtaliya) olacaq. "Qarabağ" U-19 komandası ilk matçını Londonda "Çelsi"yə qarşı keçirəcək.