"Real Madrid" Norveç millisinin futbolçusu Martin Edeqorun müqavilə müddətini uzadıb.

Unikal.org  goal.az-a istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi 2021-ci ilə kimi yeni müqavilə imzalayıb. Edeqor məlumatı təsdiqləsə də, müqaviləsinin nə vaxt başa çatacağı barədə aydın danışmayıb. Hazırda "Heerenveen"da icarə əsasında oynayan gənc havbekin əvvəlki müqaviləsi 2018-ci ilin yayına kimi nəzərdə tutulmuşdu.