Bu gün Bakı Metropoliteninin bənövşəyi xəttinin iki stansiyası açılır.
 
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, "Avtovağzal" və "Memar Əcəmi" stansiyası sərnişinlərin istifadəsinə veriləcək.
 
İki yeni stansiyanın açılışı ilə Bakı Metropolitenini stansiyalarının sayı 25-ə çatacaq.
 
Qrumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə öz facebook səhifəsində metro istifadəçilərinə belə müraciət edib:"Gözümüz aydın olsun. Xeyirli-uğurlu olsun"