Ukrayna Prezidenti Petro Poroşenko ölkənin tanınmış idmançı və məşqçilərinin mükafatlandırılması barədə Fərman imzalayıb.

Unikal.org xəbər verir ki, Ukraynada idmanın inkişafındakı xidmətlərinə görə mükafatlandırılanlar arasında azərbaycanlı idmançı Orfan Sənanzadə də var. O, 3-cü dərəcəli "Vətənə xidmətə görə mükafatına layiq görülüb.

Qeyd edək ki, həmyerlimiz kikboksinq idmanı üzrə bir sıra titullara sahib çıxıb.