Bu gün Azərbaycan Premyer Liqasında IV tura yekun vurulacaq.

Unikal.org-un apasport.az-a istinadən məlumatına görə, həftənin sonuncu matçı Sumqayıtda baş tutacaq.

Burada eyniadlı komanda "Neftçi"ni sınağa çəkəcək. Azərbaycanın ən titullu komandası mövsümdə ilk qələbəsini qazanmağa çalışacaq.

Elşad Əhmədovun yetirmələri 3 xal qazansa, 2-3 pillə irəliləmək imkanı əldə edəcək. Sumqayıtlılar isə ardıcıl 2 məğlubiyyətdən sonra xal almaq istəyindədi.

Qeyd edək ki, cəmi 4 oyundan ibarət olan turun bir matçı təxirə salınıb. Son illərin çempionu "Qarabağ" avrokuboklarda çıxışını davam etdirdiyindən "Səbail"lə matçı başqa vaxtı keçirilib.

Azərbaycan Premyer Liqası

IV tur

10 sentyabr (bazar)

19:00. "Sumqayıt" - "Neftçi"

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Cəmil Quliyev, Ramil Diniyev

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Rövşən Əhmədov

Sumqayıt. Şəhər stadionu