Çempionlar Liqasının qrup mərhələsində ilk matçını "Çelsi" ilə səfərdə oynayacaq "Qarabağ" klubu Londona yollanıb.

Unikal.org kluba istinadən xəbər verir ki, UEFA Gənclər Liqasında oynayacaq U-19 komandası əsas komanda ilə birlikdə səfərə yollanıb.

Qeyd edək ki, "Çelsi" - "Qarabağ" oyunu 12 sentyabr saat 22:45-də start götürəcək.

U-19 komandasının matçı isə həmin gün Bakı vaxtıyla saat 16:05-də başlayacaq.