Bu gün Çempionlar Liqasında qrup mərhələsi start götürəcək.

Unikal.org xəbər verir ki, Avropanın 32 ən güclü komandası qitənin ən nüfuzlu klub turnirində mübarizəyə başlayacaq.

8 qrupda çıxış edəcək iştirakçılar iki gün ərzində ilk turun qarşılaşmalarında üz-üzə gələcək. Bu gün A, B, C və D qruplarında, sabah isə digər "dördlük"lərdə mübarizə start götürəcək.

İlk turun bütün qarşılaşmaları Bakı vaxtı ilə saat 22:45-də başladığından qrup mərhələsi eyni anda 8 stadionda start götürəcək. Burada təmsil olunan 17 ölkədən 7-si ilk matç günündə qarşılaşmalara ev sahibliyi edəcək.

Sabah yalnız İngiltərədə iki oyun baş tutacaq. Bunlardan biri Azərbaycan çempionu "Qarabağ"ın iştirakı ilə keçiriləcək. Təmsilçimiz debütdə "Çelsi" ilə üz-üzə gələcək. Eyni vaxtda "Mançester Yunayted" "Bazel"i sınağa çəkəcək.
"Qarabağ"ın yer aldığı C qrupunun digər matçında "Atletiko" ilə "Roma" görüşəcək. Proqnozlara görə ikinci yerə iddia edəcək bu komandalar vacib xallar üçün mübarizə aparacaq.
Günün mərkəzi oyunu isə D qrupunda keçiriləcək. "Barselona" və "Yuventus" nəhənglərin savaşında münasibətlərini aydınlaşdıracaq. Əslində, bu cütü turun matçı da hesab etmək olar.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

12 sentyabr
A qrupu
22:45. "Benfika" (Portuqaliya) - MOİK (Rusiya)
22:45. "Mançester Yunayted" (İngiltərə) - "Bazel" (İsveçrə)
B qrupu
22:45. "Bavariya" (Almaniya) - "Anderlext" (Belçika)
22:45. "Seltik" (Şotlandiya) - PSJ (Fransa)
C qrupu
22:45. "Çelsi" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)
22:45. "Roma" (İtaliya) - "Atletiko" (İspaniya)
D qrupu
22:45. "Barselona" (İspaniya) - "Yuventus" (İtaliya)
22:45. "Olimpiakos" (Yunanıstan) - "Sportinq" (Portuqaliya)