Azərbaycanda idman federasiyası fəaliyyətini dayandırıb. 

Unikal.org-un əldə etdiyi məlumata görə, Azərbaycan Reqbi Federasiyasıyasının fəaliyyətini dayandırmasına səbəb maliyyə problemləridir.

İdmançılara və məşqlərin keçirilməsinə vəsait ayırmaqda çətinlik çəkən qurum bu addımı atmaq qərarına gəlib. Ciddi maliyyə sıxıntısı yaşanan qurumda nə milli komanda, nə də məşqçilər var.

Məlumatda bildirilir ki, olimpiya idman növü olan reqbi hazırda sadəcə azyaşlı uşaqlar üçün klub şəkilində fəaliyyət göstərir.

Qeyd edək ki, reqbi 2016 və 2020 Olimpiya Oyunlarına salınıb. Azərbaycan Reqbi Federasiyanın prezidenti Beynəlxalq Əməliyyat Şirkətinin əməkdaşı Eldəgiz Rəfibəylidir. O hazırda xaricdədir.

15:24
Azərbaycan Reqbi Federasiyanın prezidenti Eldəgiz Rəfibəyli Unikal.org-la əlaqə saxlayaraq yayılan xəbərə münasibət bildirib. O, qeyd edib ki, hazırda federasiyanın maliyyə problmeləri var: "Özümün işlərimlə əlaqədar xaricdə yaşayıram".