Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Jurnalistika fakültəsinin Televiziya və Radio Jurnalistikası (RTV) kafedrasının yeni fəaliyyətə başlayan BDU Radio və BDU TV studiyalarında görülən işlərlə tanış olub.

Unikal.org xəbər verir ki, televiziya və radio jurnalistikası kafedrasının müdiri Aynur Kərimova BDU media kompleksi haqqında ətraflı məlumat verib. Rektor radionun ilk sınaq yayımını dinləyib, kafedranın magistrantları və bir qrup bakalavriatın iştirakı ilə yayımlanan studiyada müsahibə verib.

Məlum olub ki, tələbələr davamlı olaraq studiyaların fəaliyyət prinsipləri, "production" anlayışı, günlük, həftəlik, aylıq yayım formatlarının hazırlanması, efir vaxtının düzgün seçilməsi, yaş həddlərinin nəzərə alınması, proqrama dinləyicinin qazandırılma yolları, aparıcılıq, səs montajı istiqamətində peşəkar dərslər alıb, internet televiziyaları, online media, səs və akustika, işıq və kölgə, eyni zamanda montaj dərslərində olublar.

Qeyd edək ki, TİKA-nın "BDU-nun Jurnalistika fakültəsinin tədris proqramlarının yenilənməsi və Texniki Təhsil infrastrukturuna Dəstək" layihəsi çərçivəsində aparılan işin növbəti mərhələsi artıq yekunlaşııb.

Abel Məhərrəmov radionun sınaq yayımında