Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən DSA-2016 sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisəsində hazırlanmış EM-14 avtomat tüfəngi seriyasından yeni silahı – AZ-7,62 avtomatını ilk dəfə nümayişə çıxarılıb.

Unikal.org "AzeriDefence"ə istinadən verdiyi məlumata görə, sərgidə məlumat verilib ki, 7.62×39 mm çaplı avtomatın çəkisi 3.8 kq, atış məsafəsi 1000 metr, darağının tutumu 30 patron, resursu 10 000 atışdır. Silahın gövdəsi üzərində pikatini relsi yerləşdirilib və kollimatorla dəstləşdirilib.

Avtomat sələfi EM-14-də olduğu kimi uzunluğu tənzimlənən 6 pilləli teleskopik qundağa malikdir. Ön hissədə əlavə – sökülüb qurula bilən ikinci tutacaq tətbiq olunub.