Neo-soul janrında oxuyan məşhur amerikalı müğənni  Con Lecend və xanımı, supermodel Krissi Teyqenin aprelin 14-də dünyaya gəlmiş qızlarının ilk fotosu sosial şəbəkələrdə yayılıb.
Unikal.org milli.az-a istinadən bildirir ki, 37 yaşlı Con Lecend qızına Luna Saymon Stivens adını verib. 30 yaşlı Krissi Teyqen də qızı Lunanın fotosunu İnstagram-dakı profilində paylaşıb.
Con Lecend və Krissi Teyqen 2013-cü ildə İtaliyada evlənmişdilər.