"Qarabağın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı "Roma ilə matçın bilet satışı davam edir.

Unikal.org-un Ağdam klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, satışda yalnız 2 manatlıq biletlər qalıb.

Qeyd edək ki, dünən "Qarabağ" oyuna 45 min biletin satıldığını açıqlamışdı.

Xatırladaq ki, "Qarabağ - "Roma matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Şatış məntəqələri:

Asan Xidmət Mərkəzləri

Heydər Əliyev Sarayının kassası

28 Mall

Gənclik Mall

Park Bulvar (Qarabağ FK Fanshop)

M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)

Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)