Meksikada qadın polis zabiti əxlaqsız hərəkətlərinə görə işdən qovulub.

Unikal.org baku.ws-ə istinadən bildirir ki, İndiya Qarsiya adlı polis zabitinin xidməti avtomobildə çəkdirdiyi sinəsi açıq şəklini Facebook-da paylaşması ciddi narazılığa səbəb olub. Zabit hərəkətlərinə görə üzr istəsə də, işini qoruya bilməyib.

Qeyd edək ki, analoji hadisə Brazilyada da baş verib. Cinayətkar dəstənin zərərsizləşdirilməsində iştirak edən Juli adlı polis zabitinin intim görüntüləri dəstənin azadlıqda qalan üzvləri tərəfindən internetdə yayılmışdı.