"Qarabağın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı "Romayla matçın bilet satışı davam edir. 

Unikal.org-un məlumatına görə, ötən günə olan məlumata görə, artıq bu qarşılaşmaya satılan biletlərin sayı 58 000-ə çatıb.

Satışda yalnız 2 manatlıq biletlər qalıb.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Qeyd edək ki, "Qarabağ - "Roma matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri

VIP - 50 AZN
Kateqoriya 1 - 20 AZN
Kateqoriya 2 - 10 AZN
Kateqoriya 3 - 5 AZN
Kateqoriya 4 - 2 AZN

Şatış məntəqələri

Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası

28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Qeyd edək ki, azarkeşlərimiz qeyd olunan ünvanlarda vauçerləri biletlərlə dəyişə bilər.