İngiltərə Premyer Liqasının 6-cı turunda keçirilən "Leicester City" - "Liverpul" (2:3) matçında maraqlı statistika qeydə alınıb.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, 72-ci dəqiqədə "qırmızılar"ın qapıçısı Simon Minyole Ceymi Vardinin penalti zərbəsini qaytarıb. Bu, 2011/12 mövsümündən bəri belçikalı qolkiperin öhdəsindən gəldiyi 8-ci penaltidir. Premyer Liqada 6 mövsüm ərzində bu qədər 11 metrlik cərimə zərbəsini dəf edən ikinci qapıçı yoxdur.