Topaz Premyer Liqasının 6-cı turunda keçirilən "Qəbələ - "Neftçi matçı (2:1) bitən kimi qalmaqal yaşanıb.

Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, final fiti səslənən kimi meydan sahiblərinin futbolçusu Stiven Monroz komanda yoldaşı Ruslan Qurbanovun üzərinə hücum çəkib.

Bu zaman iki futbolçu münaqişə yaranıb. Hər iki futbolçunu komanda yoldaşları ayırıb.

Qarşılaşmanın baş hakimi Fariz Yusifov isə Monrozu qırmızı vərəqə ilə cəzalandırıb.

Matçdan sonra Ruslan Qurbanov dava haqqında danışıb:

"Monroz tək driblinq edirdi. Ona dedim ki, sən driblinqi cərimə meydançasında edə bilərsən, amma kənarda tək deyilsən. Oyundan sonra bunu dedim, ağzıma yumruqla vurdu və dedi ki, "ağzını yum. Sonra isə vəziyyət göründüyü kimi oldu.

"Qəbələnin baş məşqçisi Roman Qriqorçuk da münasibət bildirib və davanın aydınlaşdırılacağını deyib.