PFL prezidenti Ramin Musayev Qəbələdə yerli komanda ilə "Neftçinin oyununu izləyənlər arasında idi. 

Unikal.org apasport.az-istinadən Musayevin oyun haqqındakı fikirlərini təqdim edir.

- Qarşılaşma haqqında nə deyə bilərsiz?

- Hər iki komandanın çıxışı xoşuma gəldi. Əsasən "Neftçidən razı qaldım. Komandada irəliləyiş var. Az qalıb, əsl "Neftçini hamımız görəcəyik.

- Matçdan sonra Qirqorçukla nə danışdınız?

- O adam xoşuma gəlir. İşini çox sevir, məsuliyyətlidi və özünə hörmət edir.

- Birinci divizionda neçə komanda olacaq?

- 10. Artıq qərar verilib.

- "Qarabağ Çempionlar Liqasında "Roma ilə üz-üzə gələcək? Nə gözləyirsiz oyundan? Bütün biletlər də satılıb...

- "Qarabağda "Jiquli motorudur, "Romada isə "BMW. Əgər onların motoru işləməsə yaxşı olacaq.