"Qarabağın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı "Romayla matçın bilet satışı başa çatıb. 

Bu barədə unikal.org-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İrahimov açıqlama verib.

"Artıq bilet satışı dayandırılıb. Çünki biletlərin hamısı satılıb. Ümumilikdə bilet sayı 67500 idi. Hər biri alınıb.

Qeyd edək ki, Bakı Olimpiya stadionunda keçiriləcək "Qarabağ" - "Roma" görüşü sentyabrın 27-i saat 20:00-da başlayacaq.


Aygün İlqarqızı