Çempionlar Liqasının qrup mərhələsində "Qarabağın qonağı olacaq "Romanın Bakıya gələcək heyəti müəyyənləşib. 

Unikal.org-un klubun rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Eysebio Di Françesko 19 nəfərlik siyahını açıqlayıb.
Onlardan 2-si qapıçı, 5-i müdafiəçi, 7-si yarımmüdafiəçi və 5-i hücumçudu. Zədəsini yenicə sağaldan hücumçu Dieqo Perotti də heyətə salınıb.
Qapıçılar: Alisson Bekker, Lukaş Skorupski
Müdafiəçilər: Juan Jesus, Aleksandr Kolarov, Federiko Fazio, Bruno Peres, Kostas Manolas
Yarımmüdafiəçilər: Raca Nainqqolan, Kevin Strotman, Lorenzo Pelleqrini, Daniele De Rossi, Maksim Qonalon, Alessandro Florenzi, Gerson
Hücumçular: Dieqo Perotti, Edin Dzeko, Cengiz Ünder, Qreqorye Defrel, Stefan El Şaravi.

Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda baş tutacaq "Qarabağ - "Roma qarşılaşması saat 20:00-da start götürəcək.