Sentyabrın 25-də Azərbaycanda və Gürcüstanda təşkil edilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində "A qrupunda Azərbaycan-Almaniya görüşünə start verilib.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxır.

Bu oyunun nəticəsində "A qrupundan dörddəbir finala birbaşa yüksələn komanda müəyyənləşəcək.

Hazırda Azərbaycan milli komandası 6 xalla qrupda birinci sıradadır. Almaniya yığması isə 4 xalla üçüncü sıradadır.