Dünən "Marriott" otelə qonaqlamağa gedən "Roma" futbolçuları maraqlı hadisə ilə üzləşib.

Unikal.org xəbər verir ki, oyunçular avtobusdan düşüb və otelə girirdilər. Bu zaman azarkeşlərdən biri "Forza Lazio" ("İrəli, "Lazio"!) qışqırdı! "Roma" klubunun əzəli rəqibi "Latsio"nun adının çəkilməsi isə futbolçuları qıcıqlandırıb.

"Roma" futbolçusu Rac Nainqqollan özünü itirməyib və dərhal azarkeşə cavab verib. İndoneziya mənşəli belçikalı "Ciao brutto" deyə qışqırıb. Bu isə "Salam, eybəcər" və ya "Salam, pis oğlan" mənasını verir. Bu sözlərin tələffüzü insanın düşmənçilik dərəcəsindən asılı olaraq dəyişir.