UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan klublara azarkeşlik edən məşhur adamların siyahısında müəyyən dəyişiklik edib.

Unikal.org xəbər verir ki, ali futbol qurumunun rəsmi saytında əvvəlcə "Qarabağın azarkeşi kimi məşhur aktyor Bəhram Bağırzadəni təqdim etmişdi. Narazılıqdan sonra onu siyahıdan çıxarıb, yerinə isə kikboks üzrə dünya çempionu Zabit Səmədovun adını daxil ediblər.

Qeyd edək ki, "Neftçinin Müşahidə Şurasının sabiq üzvü və bu komandanın azarkeşi kimi tanınan B.Bağırzadənin adının bu siyahıda yer alması bəzi futbolsevərlər tərəfindən birmənalı qarşılanmayıb. Bundan sonra UEFA məşhur aktyorun adını siyahıdan çıxarıb. Ümumiyyətlə həmin məqalədə "Qarabağla bağlı abzas da çıxarılmışdı.

Daha sonra yazıda "Qarabağla bağlı hissə bərpa edilib və komandanın azarkeşi kimi Zabit Səmədovun adı göstərilib:

"Zabit Səmədov "Qarabağın azarkeşlərindəndir. O, qrup oyunlarından əvvəl özünün "instagramda "Qarabağı dəstəkləyən mesajlar paylaşır.