Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "C qrupunda keçiriləcək "Qarabağ - "Roma oyununun start heyəti açıqlanıb.

Unikal.org xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Pedro Enrike, Mahir Mədətov, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli, Bədavi Hüseynov yer alıblar.

"Romanın heyətində isə meydana Alison Beker, Raca Naynqolan, Juan Jesus, Lorenzo Pelleqrini, Edin Dzeko, Aleksandr Kolarov, Maksim Qonalons, Qriqori Defrel, Bruno Peres, Kostas Manolas, Stefan El Şaravi çıxacaqlar.

Görüşü portuqaliyalı baş hakim Artur Dias idarə edəcək.

Qeyd edək ki, "Qarabağ - "Roma matçı saat 20:00-da başlayacaq.