Bu gün Ağdamın "Qarabağ klubu növbəti avrokubok matçına çıxıb.

Unikal.org-un məlumatına görə, Azərbaycan çempionu Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Roma ilə qarşılaşıb. Oyun "Roma klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bununla belə, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində ilk qolunu vurub. Matçın 29-cu dəqiqəsində Pedro Enrike fərqlənib.