"Bizim üçün ağır oyun oldu. Xüsusən də, matçın əvvəli. 

Unikal.org-un məlumatına görə, bunu "Qarabağın baş məşqçisi Qurban Qurbanov deyib.
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Romanı qəbul edən Ağdam təmsilçisi 1:2 hesablı məğlubiyyətə düçar olub.
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: "İlk dəqiqələrdən rəqib hansı ustalığa malik olduğunu göstərdi. Amma 0:2-dən sonra futbolçularımız daha diqqətli oynadılar, rəqibi yaxşı tanıdılar. Oyunçulardan razı qaldım. Evdə ilk oyun olduğundan, xal qazanmağa çalışırdıq. İstəyirdik ki, azarkeşlərimizi sevindirək. Amma "Roma layiqli qələbə qazandı. Azarkeşlərimizə də bizi son qədər dəstəklədikləri üçün təşəkkür edirəm.