"Hava şəraiti normal olmasa da, arenada möhtəşəm atmosfer var idi. Oyunu 55 mindən çox azarkeş izləyirdi.

Unikal.org xəbər verir ki, bu sözləri "Qarabağ klubunun vitse-prezidenti Tahir Gözəl deyib.

Klub rəsmisi Çempionlar Liqasının qrup mərhələsinin "Roma ilə oyunundan sonra jurnalistlərə qısa açıqlama verib.

O, oyuna yaxşı başlamadıqlarını bildirib: "Əlbəttə, buraxdığımız erkən qol bizə baha başa gəldi. Rəqib də Avropanın ən böyük komandalarından biridir və səhvlərimizi bağışlamadılar. Fikrimcə, bizim vurduğumuz qoldan sonra oyun tam dəyişdi. Bu gün mübarizə aparan, döyüşən, qeyrətli bir komanda gördüm meydanda.

Klub rəsmisi məğlub olduqları üçün üzüldüklərini dilə gətirib: "Klubu güclü edən onun ruhudur. Bizi təkcə 55 min azarkeş deyil, televiziyada, internetdə milyonlarla adam izləyirdi. Bura Çempionlar Liqası, böyük klubların meydanıdır. Avropa Liqası da deyil. Təəssüflər ki, alınmadı, ancaq biz buranı qürur hissi ilə tərk edirik.