Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun oyun cədvəli müəyyənləşib. 

Unikal.org-un məlumatına görə, tura sentyabrın 29-da paytaxt derbisi ilə start veriləcək.
Həmin gün "İnter" "Neftçi"ni qəbul edəcək. Günün daha bir oyunu "Qəbələ" və "Kəpəz" arasında olacaq.

Ertəsi gün "Səbail" "Sumqayıt"ı sınağa çəkəcək. Turun son matçı isə oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Çempionatın lideri "Qarabağ" ikinci pillədəki "Zirəni qəbul edəcək.

Bütün görüşlər CBC Sport kanalı ilə canlı yayımlanacaq.

29 sentyabr (cümə)
16:00. "İnter - "Neftçi
"İnter Arena

18:30. "Qəbələ - "Kəpəz
Qəbələ şəhər stadionu


30 sentyabr (şənbə)

18:00. "Səbail - "Sumqayıt
"Dalğa Arena

1 oktyabr (bazar)

18:00. "Qarabağ - "Zirə
Tofiq Bəhramov adına Respublika Stadionu