Mövsümə uğursuz start götürən "Bavariyada baş məşqçi dəyişikliyi olacaq. 

Unikal.org-un ESPN nəşrinə istinadən məlumatına görə, Münhen klubunun çalışdırıcısı Karlo Ançelotti vəzifəsindən istefa verib.
Çempionlar Liqasının II turunda PSJ-yə böyükhesablı (0:3) məğlubiyyətdən sonra italiyalı mütəxəssisin istefa ərizəsini rəhbərliyə təqdim etdiyi bildirilir. Bu gün axşam saatlarında Bundesliqa çempionunun mətbuat konfransı təşkil edərək bu ayrılığı rəsmən açıqlaması gözlənilir. Komanda müvəqqəti olaraq Ançelottinin köməkçisi Villi Sanyola tapşırılacaq.
Qeyd edək ki, "Bavariya hazırda Bundesliqada III pillədə qərarlaşıb.