Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində aprelin 21-də saat 06:30 radələrində erməni ordusunun bir əsgəri məhv edilib.

Unikal.org azvision.az-a istinadən bildirir ki, Talış yüksəkliyi ətrafında düşmənin növbəti təxrubatının qarşısı alınan zaman, Ermənistan ordusunun hərbçisi 32 yaşlı Marat Rafaleviç Danielyan həlak olub. 

Ermənistanın Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparır.