Paytaxtda qadın voleybolçular arasında keçirilən Avropa çempionatı davam edir. 

Unikal.org-ın məlumatına görə, Azərbaycan millisi bu gün qələbə seriyasını davam etdirmək üçün 1/4 final oyununa çıxacaq.

Faiq Qarayevin yetirmələri qrup mərhələsində 3:1 hesabı ilə məğlub etdiyi Almaniya ilə qarşılaşacaq.
Qələbə qazanacaq komanda yarımfinalda Hollandiyaya rəqib olacaq.

Avro-2017 - 1/4 final mərhələsi

29 sentyabr

18:00. Azərbaycan - Almaniya

Hakimlər: Vladimir Simonoviç (Serbiya), Yuray Mokri (Slovakiya)

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova

Baş məşqçi: Faiq Qarayev

Almaniya: 1. Lenka Dürr, 2. İrina Kemmisi, 3. Deniz Hanke, 4. Maren Fromm, 5. Yana-Fransiska Poll, 6. Cennifer Qirties, 7. Cennifer Pettke, 10. Lena Stiqrot, 11. Luiza Lippmann, 14. Mari Şoeltsel, 17. Anna Poqani, 19. Tanya Qrosser, 20. Leoni Şvertmann, 22. Liza Qründinq,
Baş məşqçi: Feliks Kozlovski