Xəbər verdiyimiz kimi, bu gün qadın voleybolçular arasında Avropa çempionatının dörddəbir final mərhələsində Almaniya yığması üzərində inamlı qələbə qazanan Azərbaycan milli komandası yarımfinala yüksəlib.

Unikal.org-un xəbərinə görə, Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada qadın voleybolçularımız 3:0 hesabı ilə qələbə qazanıblar.

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan və Almaniya voleybolçularının oyununa baxıblar.

Komandamızın qələbəsini Prezident İlham Əliyev və I Vitse-prezident Mehriban Əliyeva sevinclə qarşılayıblar.

.