"Manchester United" futbol komandasının baş məşqçisi Joze Mourinyo "vergi fırıldaqçılığı" ilə bağlı Madrid şəhər məhkəməsinə çağırılıb.

Unikal.org-un "Sky Sports-a istinadən verdiyi xəbərə görə, portuqaliyalı mütəxəssis noyabrın 3-də məhkəmədə ifadə verməlidir.
İyunda İspaniya prokurorluğu Mourinyonu vergidən yayınmaqda ittiham edib. Məlumata görə, portuqaliyalı məşqçi 2011 və 2012-ci illər ərzində 3.3 milyon avro vergidən yayınıb. 

Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə Madrid "Realının baş məşqçisi olub.