"Mən Şərq Tərəfdaşlığı Sammitində iştirak üçün dəvətə görə minnətdaram. Mən bu dəvəti prezident Tuskdan fevral ayında aldım və bildirdim ki, birmənalı olaraq, Zirvə görüşündə iştirak edəcəyəm.

Unikal.org xəbər verir ki, bunu Azərbaycasn Prezidenti İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqı Şurasının Siyasi və təhlükəsizlik komitəsinin sədri Valter Stevensin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zaman deyib.

Dövlət başçısı qeyd edib ki, iclasda iştirak etmək çox vacibdir: "Azərbaycan lap əvvəldən "Şərq Tərəfdaşlığı proqramına dəstək verdi. Mən şəxsən Şərq Tərəfdaşlığının ilk Sammitində olmuşam və bütün həmin sammitlərdə iştirak etmişəm, sonuncunu istisna etməklə. Orada olmamağımın da səbəbini yəqin ki, bilirsiniz. İndi isə həmin mühüm toplantını kənara qoymaq üçün əsas yoxdur.

Qeyd edək ki, Şərq Tərəfdaşlığının beşinci sammiti noyanrın 24-də Brüsseldə keçiriləcək.