Azərbaycan millisinin baş məşqçi postunda gələcək taleyi sual altında olan Robert Prosineçki barədə yeni iddia ortaya atılıb.

Unikal.org xəbər verir ki, bu dəfə xorvat mütəxəssisin Bosniya və Herseqovina millisini çalışdıra biləcəyi iddia edilib. Bu barədə xəbəri Xorvatiyanın "index.hr saytı yayıb. Xəbərdə yerli federasiyanın yığmanın hazırkı baş məşqçisi Mehmed Bazdareviçlə yeni müqavilə bağlamayacağı, onu məhz Prosineçki ilə əvəzləmək istədikləri qeyd edilib.

Xatırladaq ki, daha öncə millimizin baş məşqçisinin Sloveniya və Xorvatiya millisinin "sükanı arxasına keçəcəyi barədə iddia ortaya atılmışdı.

Prosineçkinin Azərbaycan yığmasıyla müqavilə müddəti bu ilin dekabrında başa çatacaq.