Yuxuya getməkdə çətinlik çəkir, gecələr kabus görürsünüz?
Elə isə bu məsləhətlərə əməl edin. Mütəxəssislər yuxudan öncə içilən bəzi içkilərin rahat yuxu təmin etdiyini deyirlər. Bitki çayları Bir çox insan yatmazdan öncə yaşıl çay içir. Ancaq həkimlər digər bitki çaylarının daha təsirli olduğunu deyir. Çünki yaşıl çayın tərkibində kofein var. Bu isə yuxunu qaçıra bilər. Yaşıl çay əvəzinə çobanyastığı və nanə çayı içə bilərsiniz.
Albalı şirəsi Portoğal şirəsi çox sevilsə də, onun tərkibindəki şəkər sizə enerji verərək yuxunun qaçmasına səbəb ola bilər. Albalı şirəsi isə "melatonin" maddəsi ehtiva etdiyi üçün yuxu gətirir. Odur ki, gecə yatmazdaz 1 saat öncə albalı şirəsi içə bilərsiniz. İlıq süd Gecələr ilıq süd içmək dərin yuxuya getməyi asanlaşdırır. Səslərə qarşı həssassınızsa və gecələr tez-tez oyanırsınızsa, yatmaqdan əvvəl ilıq süd için.