Düzgün olmayan qidalanma, marqarin və s. sintetik yağların, şəkərin tez-tez və çoxlu miqdarda qəbulu, azhərəkətli həyat tərzi, təmiz suyun kifayət olmayan miqdarda qəbulu, ziyanlı vərdişlər, artıq çəki damarların sağlamlığına ciddi ziyan vurur.
Unikal.org saglamolun.az-a istinadən bildirir ki, damarlarda xolesterin yığılır, damarlar iltihablaşır, elastikliyini itirir. Bu isə bir çox pozulmalara, o cümlədən, infarkt və insultun inkişafına təkan verir. Bəzi qida məhsulları damarların sağlamlığını və elastikliyini bərpa etmək, damarları artıq xolesterindən təmizləmək xüsusiyyətlərə malikdir. Bu məhsulları qidalanmanıza daha tez-tez daxil edin.
1. Sarımsaq
2. Nar və nar şirəsi
3. Duzlu kələm
4. Sarıkök
5. Pomidor
6. İspanaq
7. Alma
8. Küncüt
9. Limon