Gədəbəydə mübahisə zamanı qadın bıçaq xəsarəti alıb.
Unikal.org-un məlumata görə Gədəbəy rayon sakini, 1967-ci il təvəllüdlü Həsənova Rəfiqə Hüseyn qızı döş nahiyəsindən kəsilmiş yara xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Qadının dediyinə görə, ona xəsarəti mübahisə zəminində oğlunun qaynı yetirib . 
Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.