Ötən gün Ermənistanın paytaxtı İrəvanda səfərdə olan Rusiyanın xarici işlər nazir Sergey Lavrov Ağrı dağın fotosunu çəkib.

Unikal.org azvision.az-a istinadən bildirir ki, Rusiya XİN rəhbərinin sözçüsü Mariya Zaxarova "Facebook" sosial şəbəkəsində Lavrovun fotosunu paylaşıb.

"Ararat bu gün öz gözəlliyi ilə heyran edirdi. Lavrov özünü saxlaya bilmədi və onun fotosunu çəkdi". 

Qeyd edək ki, ermənilər Türkiyə ərazisində olan Ağrı dağı Ararat adlandırır və həmin ərazilərin Ermənistan torpağı olduğunu iddia edirlər.