Türkiyənin Muğla şəhərində məktəb şagirdlərindən biri intihara cəhd edib.

Unikal.org milliyet.com-a istinadən xəbərinə görə, 14 yaşlı qız onu narahat edən sinif yoldaşını döyüb. Qız direktorun otağına çağırılıb. Direktor uşağı danlayan zaman o, 3-cü mərtəbədə yerləşən otağın pəncərəsindən özünü yerə atıb. Qız ölməsə də, vəziyyəti ağırdır.

Məsələ ilə bağlı araşdırma aparılır.
[video= ]