17 İyun 2019
16 İyun 2019
Müdafiə xərclərini artırır - Azərbaycanda
Müdafiə xərclərini artırır -   Azərbaycanda İQTİSADİYYAT 13:35 2017-10-20

Azərbaycanın müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2018-ci il dövlət büdcəsi xərclərinin 19,5 faiz həcmində və ya 4068,3 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2017-ci illə müqayisədə 202,4 milyon manat və ya 5,2 faiz çoxdur.

Unikal.org-un məlumatına görə, bu barədə 2018-ci il üçün dövlət və icmal büdcələri layihəsində nəzərdə tutulub.

Bu vəsaitinin 2738,7 milyon manatı və ya 67,3 faizi milli təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə sərf olunacaq.