ABŞ-da qorxu dolu anlar yaşanıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Pensilvaniya ştatında naməlum şəxs basketbol meydançasına toplaşan insanlara atəş açıb. Hadisə nəticəsində ikisi qadın, ikisi yeniyetmə oğlan olmaqla 4 nəfər ağır yaralanıb. Həkimlərin bildirdiyinə görə, yaralılardan heç birinin həyatı risk altında deyil.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.