1998-ci ildə ABŞ-ın Florida ştatındakı doğum evindən oğurlanmış Kamiya Mobli adlı qız Cənubi Karolinada tapılıb.

Unikal.org Publika.az-a istinadən xəbər verir ki, bu barədə CBS teleşirkəti məlumat yayıb.
O zaman yeni doğulan uşağı Qloriya Uilyams adlı qaradərili qadın oğurlayıb. O həmin vaxt tibb işçisi geyimində olub. Qadına qarşı ittiham irəli sürülüb.

Hazırda 18 yaşlı Moblinin vəziyyəti normal qiymətləndirilir.