Metroda dəhşətli hadisə baş verib. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə Honq Konqda "Yuen Long" stansiyasında baş verib.

Belə ki, 59 yaşlı kişi 56 yaşlı qadını relslərin üzərinə itələyib. Sonra isə heç nə olmamış kimi oradan uzaqlaşıb.

Həmin vaxt stansiyadan qatar keçmədiyi üçün qadın yüngül xəsarətlərlə xilas olub.