Mingəçevirdə 34 yaşlı Pərviz Məmmədovu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

Unikal.org "Report"a istinadən bildirir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Eldar adlı şəxs saxlanılıb.

Saxlanılan şəxs polisə ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini, P. Məmmədovun iki dəfə onun həyat yoldaşına zəng etdiyini bildirib.

Qeyd edək ki, hadisə P. Məmmədovun işlədiyi bərbərxanada, İ. Qayıbov küçəsində baş verib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi açılıb.