Türkiyənin Samsun bölgəsində toy mərasimi zamanı oğlan və qız evi arasında dava olub.

Unikal.org Türkiyə mətbuatna istinadən xəbər verir ki, mübahisəyə səbəb qızıllar olub.

Belə ki, mərasimdə qız tərəfi gəlinə taxılan qızılların onlarda qalmasını istəyib. Bu da yeni qohumlar arasında davaya gətirib çıxardı. Mübahisə davaya çevrildi və nəticədə gəlin də daxil olmaqla 12 nəfər yaralanaraq xəstəxanaya yerləşdirildi.

Hadisə ilə əlaqədar xeyli insan polis nəzarətinə götürüldü.