Azərbaycanda məhbus ölüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan, 1952-ci il təvəllüdlü Elxan Kərim oğlu Fərhadov xəstəlikdən dwnyasını dəyişib.

Kriminal aləmin üzvü olduğu bildirilən E. Fərhadov 2009-cu ildə Ağdaş rayonunda keçirilən toy mərasimində qanunsuz gəzdirdiyi "Makarov tipli tapança ilə həmyerlisi, 1957-ci il təvəllüdlü Rahim Mətləb oğlu İbrahimovu güllələyərək qətlə yetirib.

Məhkəmənin qərarı ilə o 15 il müddətinə azadlıqdan məhrum edilib.