Xəbər veriyimiz kimi ötən gün Ermənistanın paytaxtı İrəvanda səfərdə olan Rusiyanın xarici işlər nazir Sergey Lavrov Ağrı dağın fotosunu çəkib.
Açıq şəkildə olmasada dolayısı yolla Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən Rusiya hakimiyyəti bütün cəhdlərlə Türkiyəni vurmağa çalışır. 

Unikal.org xəbər verir ki, bu gün qondarma "Erməni soyqırımı" iddiası adı altında İrəvanda "tədbir" təşkil olunub. Tədbirdə Serj Sarkisyanın çıxış elədiyi masanın arxa fonunda  Ağrı dağın fotosunu təqdim edilir. Bu şəkildən də birdaha görmək olur ki, ermənistan və onun havadarları çətin ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etsinlər. Hətta düşmən ölkə qardaş Türkiyəyə də ərazi iddiasından həyasızçasına əl çəkmək istəmir.
 
Qeyd edək ki, ermənilər Türkiyə ərazisində olan Ağrı dağı Ararat adlandırır və həmin ərazilərin Ermənistan torpağı olduğunu iddia edirlər.